İsrailin Qəzza sektoruna terrorçu hava zərbələri nəticəsində şəhid olanların sayı 30 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.
O, qeyd edib ki, şəhid olanlardan 10-u uşaqdır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.
"İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, - əl-Kidr bildirib.
Bazar etəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb.


Şərhlər
Zalımlar üçün yaşasın müsibət və cəhənnəm!!!
Bax indi oldunuz Muselman.Manset duzdu.Terrorist ve saxta israilin hava hucumu neticesinde dinc ehali şəhid oldu.Cun ki Onlar ALLAH yolunda olduler.Ilk qiblemizi torpaqlarinin ve dinlerini ALLAH yolunda mudafie etdikleri ucun şəhiddirler
Israil hemise usaq oldurub,onlarin peşesidi