Xəbər verdiyimiz kimi, bu gün Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı davam edib. Virtualaz.org bildirir ki, festival çərçivəsində keçirilən qala-konsert zamanı Ümummilli Lider Heydər Əliyevin Şuşaya həsr olunmuş çıxışının videokadrları nümayiş etdirilib. Bu kadrlar Prezident İlham Əliyevi kövrəldib.
Sonra Prezident İlham Əliyevin Vətən müharibəsində qələbədən sonra Azərbaycan xalqına müraciətindən bir parça nümayiş etdirilib.
"Mən xoşbəxt bir insanam, çünki atamın vəsiyyətini yerinə yetirdim. Biz Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhidlərimizin, Ümummilli Liderimizin ruhu şaddır. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"- dövlət başçısı həmin çıxışında bildirib.
Video gurultulu və uzun sürən alqışlarla qarşılanıb.

Şərhlər
Təşəkkürlər cənab İlham Əliyev! Tezliklə Xankəndinin, Qarabağımızın bütün ərazilərinin azad edilməsi diləyilə, Allah zəfər nəsib eləsin!