Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.
Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Ay valideynler! Ushaqlariniza dost olun, onlarin problemleri ile maraqlanin, derdi-serini sorushun. Pis oyunlardan uzaqlashdirin. Onlara gucunuz chatan cib xercliyi verin, bacardiginiz kimi geyindirin. Gunde 10 deqiqenizi onlara ayirsaniz, bilersiniz ki, ushaqlarinizin ne problemi var. Bu intiharlarin 80 faizinde gunahkar valideynlerin ushaqlara laqeydliyidir.