İsrail rejimi bir həftədir ki, Fələstində yeni zorakılıqlara başlayıb, qətliamlar törədir. Bazar ertəsindən bəri zorakılq dalğası 14 uşaq da daxil, ən azı 119 fələstinlinin ölümünə bais olub.
Dünən Qəzza üzərinə İsrailin hava hücumları nəticəsində bir fələstinli ailənin beş üzvü həlak olub. “Həmas” təşkilatının bu zorakılıqlara cavab olaraq İsrailə atdığı raketlər isə İsraildə 52 yaşlı atanın və onun 16 yaşlı qızının ölümünə səbəb olub.
İsrailin başlatdığı zorakılıqların mülkilərin və xüsusilə də, uşaqların ölümünə səbəb olması bütün dünyada tənqidlərə tuş gəlib.BBC-nin müxbiri Emiliy Maitlis də bunu açıq şəkildə İsrailin Britaniyadakı səfirinin üzünə söyləyib.
Ancaq İsrailin Britaniyadakı səfiri uşaqları öldürdüklərinə və Fələstində törətdikləri zorakılıqlara görə, utanmadan “Həmas” təşkilatını ittiham edib. “AzPolitika.info” səfir Tzipi Hotoveleyin BBC-nin müxbiri Emiliy Maitlisə müsahibəsini təqdim edir:
- Bu axşam Həmas Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 300 xəsarət alan, doqquz uşaq da daxil, 20 ölüm halı var. Hökumətinizə görə nə qədər xəcalət çəkirsiniz?
- Mən sizin düzgün mənzərəni təqdim etməməyinizdən utanıram. Həqiqi mənzərə budur ki - elə sizin Fələstin nümayəndəsinə deməyə çalışdığınız kimi -İsrail bu gün hücum altındadır. Paytaxtımız raketlərlə atəşə tutulur. Zənnimcə, İsrail parlamenti öz tarixində ilk dəfə olaraq təxliyə edilib. Bunu bir ağlınıza gətirin. Vestminsterdən beş dəqiqəlik məsafədəyik. Düşünün ki, London hücuma məruz qalarsa, sakitcə oturub, xalqınızı qorumaq üçün cavab verməyəcəksinizmi?
- Sizin hərbi, polis, siyasi və diplomatik təsir gücünüz var. Məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü?
- Mən bu gün Dominic Raabın (Britaniyanın xarici işlər naziri – red) dedikərini təkrarlamaq istərdim. O, Həmas tərəfindən İsrailə raket atması faktını pisləyib. Bu, terror təşkilatının sırf təxribatıdır, bu təşkilat məskunlaşma ilə maraqlanmır. Bu terror təşkilatı yalnız bir məsələ barədə düşünür - o, İsrail dövlətini əvəz etmək, onu Yaxın Şərq xəritəsindən silmək istəyir.
- Mən sualımı verdim. Siz İsraili təmsil edirsiniz. Dominik Raabın bu axşam dedikləri məlumdur. Bu barədə Fələstin səfirinə məlumat verdik və o dedi ki, Qərb dövlətlərinin yetərincə iş görmədiyini düşünür. İsrailin hərbi gücü, polis gücü, siyasi gücü var. Qəzzanın ixracatı ilə idxalı, onların su mənbələri üzərində tam nəzarətiniz var. Hətta onların demokratik hüquqları və liderlərinə səs vermək haqqı üzərində də nəzarət sizdədir. Burada məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü? Bu atəş açaraq uşaqların ölümünə səbəb hücumlar demək deyil?
- Bəli, biz uşaqları qorumaq istəyirik. Hər iki tərəfdə də uşaqları qorumaq istəyirik. Və başqa cür deyə bilməzsən. İsrailin bütün bu illərdəki tarixinə baxsanız, biz həmişə insan haqlarını müdafiə etmişik.
- Niyə məscidə atəş açılır?
- Bu suala cavab verməyimi istəyirsinizsə?...

- Mən bu suaIa cavab verməyinizi isyəyirəm.
- Məndən uşaqlar haqqında soruşun - cavabı çox aydındır. İsraildəki məktəb və uşaq bağçalarında olan uşaqların başlarının üstünə raketlər yağdırılır. Bu keçmişdə belə olub və indi də belədir. Əslində İsrail müdafiə qüvvələri, əsgərlərimiz bu uşaqları müdafiə edirlər. Onların uşaqları hədəfləmir. Onlar “Həmas”-ı hədəfləyirlər. “Həmas” bu uşaqları canlı qalxanı kimi istifadə edir. Bu yerlərdə olan reallıqdır. Bu qəddar terror təşkilatı siyasi hədəflərinə nail olmaq üçün Qəzza zolağında uşaq və qadınlardan istifadə edir.
- Bağışlayın səfir. Hər dəfə bu cür müsahibə alarkən mənə deyilir ki, fələstinlilərin öz övladlarından canlı qalxan kimi istifadə edirlər.
- Düzdür, doğrudur. Bu, yerlərdə olan reallıqdır.
- Niyə müdaxilə edib etiraf etmirsiniz ki, atəş açılanda uşaqlar öldürülür. Niyə məscidə atəş açırsınız?
- Biz uşaqlara atəş açmırıq. Biz uşaqlarımızı öldürməyə cəhd edən qəddar terror təşkilatı, radikal islamçıların hədəflərinə atəş açırıq. Və siz də bunu bilirsiniz.
BBS müxbiri isə İsrail səfirinə "məscidlərə atəş açırsınız, ibadət edən insanlara toma, plastik mərmi və səs bombalarıyla müdaxilə edirsiniz Bunun bir hücum olduğunu qəbul etməniz lazımdır" deyə, bildirib.
“AzPolitika.info”


Şərhlər