Menu

QƏBƏLƏDƏ DƏMİR YOLU VAĞZALI VƏ XƏTTİNİN AÇILIŞI OLDU - FOTOLAR (Yenilənib)

15.05.2021, 19:24
QƏBƏLƏDƏ DƏMİR YOLU VAĞZALI VƏ XƏTTİNİN AÇILIŞI OLDU - FOTOLAR (Yenilənib)

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, hazır vəziyyətə gətirilən Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

Diqqətə çatdırılıb ki, ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusunun, Ağdaş dəmir yolu dayanacağının, Qəbələ dəmir yolu vağzalının və stansiyasının, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Qeyd edək ki, ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Şərhlər

Kolxozdar 2021-05-17 16:28:24

Çox pakizə! Dövlətimiz analoqu olmayan nümunəvi işlərini davam etdirir! Əlbəttə, bütün əhali əmin-amanlıqla rahat iş və qarşılıqlı gedişlər arzular?

Mirzə Qafarlı 2021-05-16 07:28:22

Çox mübarək! Xeyirli, uğurlu olsun!

ayrım 2021-05-15 21:42:05

Hec.şübhəsiz sevindirici haldır ən azindan belə bir cətin vəziyyətdə lkələrin ağir durum kecirdiyi vaxt Azərbaycan yenədə inkişaf edir. fərqi yox bu qurum Cavid Qurbanova bağlıdır əsas məsələ odur ki inkişaf var dövlət irəliyə gedir iqtisadiyatımız güclənir paxilliq edənlərə görk olsun

boris 2021-05-15 16:20:35

xeyirli,düşərli olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol