Menu

Qəzza sektorunda ölənlərin sayı 139 nəfərə çatdı

15.05.2021, 14:12
Qəzza sektorunda ölənlərin sayı 139 nəfərə çatdı

İsrail tərəfindən Qəzza sektorunun atəşə tutulması nəticəsində azı 139 nəfər, o cümlədən həddi-büluğa çatmamış 39 şəxs həlak olub, 1 000-dən çox insan xəsarət alıb.

“Report” “Saut Al-Aqsa” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

"139 insan həlak olub, onların arasında həddi-büluğa çatmamış 39 nəfər və 22 qadın var, 1 00-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar", - radiostansiya nazirliyə istinadən bildirib.

Qeyd edək ki, Qəzza sektorunda İsrail ordusu və Fələstin qruplaşmalarının qarşılıqlı raket atəşləri mayın 10-dan səngimək bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol