Menu

İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var - VİDEO

16.05.2021, 21:35
İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var - VİDEO

İsraildə Qüds yaxınlığındakı Qivat-Zeeve şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın uçması nəticəsində azı 1 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol