İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i ağır vəziyyətdədir. Yaralıların 9-nun vəziyyəti normaldır. Hadisə zamanı 152 nəfər yüngül xəsarət alıb.
Qeyd edilir ki, hadisə zamanı 2 nəfər həlak olub.
***
İsrailin Qivat-Zeyev şəhərində Şavuot dini bayramı qeyd olunan zaman bədbəxt hadisə baş verib. Bu barədə İsrail mətbuatı yazıb.
Şəhərdə yerləşən sinaqoqda mərasim keçirilən zaman tribuna çöküb. Hadisə zamanı 60 nəfərin yaralandığı qeyd olunur.


Şərhlər
Teklif edirem Fazil Mustafayevi Tek Avive yox Qudse sefir gonderek.Ya da Narginde bur sinaqoq tikek onu ora baş xaxam teyin edek.Ivrit dilin gozel bilir Tovrati n da megzin anlatar.Şalom Fazil