Menu

Gürcüstanda yerli azərbaycanlılara hücum olub, xəsarət alanlar var

17.05.2021, 00:17
Gürcüstanda yerli azərbaycanlılara hücum olub, xəsarət alanlar var

Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub. “Report”un yerli bürosunun məlumatına görə, qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan ekomiqrantlar arasında baş verib.

İnsidentdən öncə tərəflər mübahisə ediblər. Əllərində dəyənəklər və digər küt alətlər olan svanlar azərbaycanlılardan birinə məxsus mağazaya hücum edərək dağıntılar törədiblər.

Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var.

Qarşıdurmaya səbəb kimi marketdə svanlara məhsulun nisyə satılmaması olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Veteran 2021-05-17 10:59:20

Erməni əli var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol