Menu

Samuxda gənci ildırım vuraraq öldürüb

17.05.2021, 22:25
Samuxda gənci ildırım vuraraq öldürüb

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Veteran 2021-05-17 23:08:39

Oara qarışdıran 2 nəfərin kimliyi müəyyənləşməli və cammat qarşısında lənətlənməli və cəzalandırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol