Menu

ORDUMUZ ANTİ-TERROR ƏMƏLİYYATINA HAZIRLANIR - Tapşırıqlar verilib

18.05.2021, 12:06
ORDUMUZ ANTİ-TERROR ƏMƏLİYYATINA HAZIRLANIR - Tapşırıqlar verilib

Azərbaycan Ordusunun təlimləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol