Menu

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT... - Baş Prokurorluq həbs edilənlərin adlarını açıqladı + SİYAHI (Yenilənib)

18.05.2021, 18:23
BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT... - Baş Prokurorluq həbs edilənlərin adlarını açıqladı + SİYAHI (Yenilənib)

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.Birgə məlumatda deyilir:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".


Bakı Baş Gömrük İdarəsində həbslər davam edir.  Bakı Baş Gömrük İdarəsi rəisi Kənan Məmmədovun köməkçisi Elnur Quliyev də saxlanılıb.

Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir.

***

15:01:

Bakı Baş Gömrük İdarəsində həbslər davam edir.  Maliyyə şöbəsinin inspektoru Elnur Sadiqov da saxlanılıb.

***

14.45:

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub. Avropa.info-nun  verdiyi məlumata görə, təqribən 1 saat öncə Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. 

Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Şərhlər

qulu 2021-05-20 15:53:40

rəisin xəbəri var, bir də ki naxçıvan milləti yoxx.. naxçıvanlılar.

İlham 2021-05-20 02:30:46

Əxlaqca pozulmanın ən pik nöqtəsidi, rüşvət almaq və rüşvət vermək.Çox təssüflər olsun ki, bizim ölkədə bu hələ də adi hal kimi qarşılanır

KMBİ-yolunuzu Bazara salın 2021-05-19 23:15:09

Səhmdar kimi , üzv olduğum Şəki-Bazar ASC-də yaranmış vergidən yayınma ilə əlaqədar sizə məlumat vermək və qarşısını almaq üçün sizlərə müraciət edirəm. Şəki-Bazar ASC-nin səhm paçetinin 81,5 % -i Beynalxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin bacanağı Hidayət-zadə İsmayıl Tunuçinoviçin adınadır. 2001-ci ildən Bazar özəlləşməsinə baxmayaraq İsmayıl Hidayət-zadənin üzünü belə görməmişik. 2012 - ci il tarixdən saxta protokol əsasında heç bir təhsili olmayan, dinlə məşğul olan mollanı Bazar kimi strateji bir obyektə direktor vəzifəsinə Eldəniz Hacıağayevi, Baş mühasib vəzifəsinə isə Çilingərliklə məşğul olan Eldəniz adlı şəxsi təyin etməklə səhmdarların hüquqlarını tapdalanmasına və dividentdən məhrum olunmasına gətirib çıxarıb. Ümumiyyətlə Bazar kimi strateji bir obyektdə təhsilli adam işə qəbul etməyiblər. Bu səbəbli Şəki-Bazar ASC-də ildə ən azı 600,0 - 700,0 min min manat vergidən yayınmasına baxmayaraq vergi əməkdaşları tərəfindən göz yumulur. Dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq qanunsuz cavab verməklə məşğuldurlar. Gündəlik toplanılan pulların demək olar ki, 20 % hesaba daxil olmur, bu səbəbli səhmdarlar dividentdən məhrum olunmuşlar. Əvvəllər qapı açıb bağlayan Eldəniz Hacıağayev milyonçu olub, kolleqsiya maşınları və Villa sahibi olub. Sizdən xahiş edirik Bazarda qanuni və ciddi qaydada kameral yoxlama aparılaraq Bazara aylıq ödəniləsi olan xidmət pullarının təyin olunması üçün sərəncam verməyinizi sizdən xahiş edirik. Qeyd etmək istəyirəm ki, gündəlik yığılan xidmət pullarına qəbz təqdim etmədən yığılır. Hər bir satış yerinə kiçik sahibkarlardan 1-manat almalarına baxmayaraq 30 qəpiklik qəbz verirlər. ... Odur ki, Bazarın müdiri Eldəniz Hacıağayevin qanunsuz əməllərinə son qoymağınızı sizdən xahiş edirik. Gündəlik toplanılan xidmət pullarına nəzarət olsa biz səhmdarlar bəlkə divident üzü görə bildik. Şəki Bazar ASC - də özbaşnalıqlar hökm sürməkdədir ?

oleq 2021-05-19 16:31:47

bu qurum kökündən ləgv olunmalıdır,Azərbaycanın iqtisadiyyatının anasını aglar qoyanlar ömürlük həbsə atılmalıdır

Amon 2021-05-19 02:03:33

Gomrukde rusvet bitmez hecvaxt.gomrukde rusvet bitse monopoliya aradan goturulse rusumlar qalxmasa azerbaycan sinqapur olar

rasim quliyev 2021-05-19 00:45:41

Eger gomrukde imtahan kechirtseler ordan kechen olmayacaq cunki hamsi day daylidir tapsiracaglar nazir ozu imtahan verecek

Azərbaycanlı 2021-05-18 21:08:35

Deyirlər o kömrükdə rəislırdən tutmuş qapıçılara kimi hamısı Naxçıvan millətidirlır

Əjdər 2021-05-18 20:16:39

HƏPS OLANLAR SADƏCƏ İCRAÇİDİR. ƏSAS QULDUR NİYE HƏPS EDİLMİR ???

.EJDER 2021-05-18 17:42:38

gomryk deyil korrupsiya menbeyidir,bunu uwaqda bilir

Çoban 2021-05-18 17:37:14

rəisin xəbəri yoxdu, sıravi işçilər milyonlarla rüşvət aler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol