Menu

Belarus Moskvadan 500 milyon dollar gözləyir - Dövlət kreditinin 2-ci tranşı

19.05.2021, 00:02
Belarus Moskvadan 500 milyon dollar gözləyir - Dövlət kreditinin 2-ci tranşı

Minsk Rusiyadan dövlət kreditinin 500 milyon dollarlıq ikinci tranşını cari ilin birinci rübündə gözləyir.

Bu barədə mayın 18-də Belarusun maliyyə naziri Yuri Selivestrov bəyan edib.

«İkinci tranşa biz, diqqəti birinci yarımillikdə yönəltmişik, hələlik bu planlarda dəyişiklik yoxdur» - nazir bildirib.

O, həm də cari ildə Minskin Rusiyanın borc bazarına dövlət qiymətli kağızları ilə daxil olmaq planını təsdiqləyib.

«Hazırda bizim planımızda Rusiya bazarına çıxmaq yer alır» - Selivestrov qeyd edib.

Onun sözlərinə görə, perspektivdə Asiya bazarına da çıxmaq istisna olunmur.

«Asiya bazarına gəlincə, o, maraqlıdır, amma bir qədər spesifikdir, ona görə də hələlik fikirləşirik ki, qarşılıqlı fəaliyyəti necə tənzimləyək» - o, qeyd edib.

Bu zaman nazir əlavə edib ki, «biz, qərb bazarına ötən il çıxmışıq, ona görə, bu il üçün prinsipcə belə planımız yoxdur».

Xatırladırıq ki, 21 dekabr 2020-ci il tarixində Belarus-Rusiya hökumətlərarası saziş imzalanıb. Sənədə görə, Rusiya Belarusa 1 milyard dollar kredit verməyi öhdəsinə götürüb. 500 milyonluq birinci tranşı Minsk ötən ilin sonunda alıb. Bundan başqa, Belarus prezidenti Aleksandr Lukaşenko may ayında Rusiyadan borcalma üzrə 3-illik proqramı (100 milyard Rusiya rublu) təsdiqləyib. Bu məbləğ respublikanın xarici borcunu refinans etməyə yönəldilməlidir. Qiymətli kağızlar 2021-2023-cü illərdə Moskva birjasında yerləşdirilməlidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol