ABŞ Nümayəndələr Palatasının 10-u demokrat və 1-i respublikaçı olmaqla 11 üzvü Prezident Co Baydenə məktubla müraciət edərək, qoşunlar geri çəkildikdən sonra Əfqanıstandakı səyləri davam etdirməyə çağırıb.
Nümayəndələr Palatasnın üzvləri müraciətdə həmçinin qeyd ediblər ki, ABŞ-ın Əfqan hərbi tərəfdaşlarını dəstəkləmək üçün strategiyaya ehtiyacı var. Eyni zamanda, ABŞ terrorizmi dəstəkləyən ölkələrə qarşı sanksiyaları nəzərdən keçirməlidir.
Məktubda Əfqanıstanın təhlükəsizlik qüvvələrinin imkanları, Əl-Qaidə və İŞİD-in orada terror sığınacaqlarını bərpa edib-etməyəcəyi, ölkədə yenidən vətəndaş müharibəsinin baş verib-verməyəcəyi və s. məsələlərə toxunulub: “Əfqanıstanda ədalətli sülhün bərqərar olması perespektivi varsa, bu yalnız əfqan hərbçilərinin Taliban qruplaşmasına döyüş meydanında nümayişkarcasına qalib gəlməsindən sonra baş verə biləcək”.
AzPolitika.info


Şərhlər