Menu

Dünya bazarında neftin qiyməti artır

21.05.2021, 12:33
Dünya bazarında neftin qiyməti artır

Dünya bazarında neftin qiyməti bu səhər korreksiyası çərçivəsində artıb. Əvvəlki üç gün ərzində isə qiymətlərdə 6 faizdən çox azalma müşahidə olunurdu.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 08:50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerslərinin qiyməti 0,26 faiz artaraq 65,28 dollara çatıb.

WTI neftinin iyul fyuçersləri 0,47 faiz bahalaşaraq bir bareli 62,23 dollara satılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol