Menu

Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var - YENİLƏNİB

21.05.2021, 14:48
Qaxda polis əməkdaşına odlu silahdan atəş açılıb, yaralanan var - YENİLƏNİB

Qax rayonu ərazisində silahlı insident zamanı əlindən yaralanan polis əməkdaşının kimliyi məlum olub.

“Report”un xəbərinə görə, bu, Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

***

Qax rayonunda silahlı insident baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticəsində polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol