BU GÜN ŞƏHİDİMİZ TAHİR İSMAYILOVUN DOĞUM GÜNÜDÜR - FOTO

Bu gün Vətən müharibəsi Şəhidimiz İsmayılov Emin Tahir oğlunun doğum günüdür. Qarabağı düşməndən azad edərkən Şəhid olan igidimiz həyatda olsaydı 20 yaşını qeyd edəcəkdi.

"AzPolitika.info"nun məlmatına görə, İsmayılov Emin Tahir oğlu 21 may 2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin Nəsimi rayon 54 saylı tam orta məktəbin məzunu olub. Peşəkar idmanla məşğul olub.

Şəhid Emin 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb. Şəhid Emin Goranboy rayonunda hərbi xidmətdə olan zaman Vətən müharibəsi başlayıb. O, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb.

O, müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas edib. Yaxınlarının dediyinə görə, oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmayan İsmayılov Emin də şəhid olub.

Qeyd edək ki, İsmayılov Emin Tahir oğlu 2-ci Fəxri xiyabanda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İsmayılov Emin Tahir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Azər 2021-05-22 23:53:53

Biz Sizlərlə fəxr edirik, Cənnətin Qəhrəman, Başıuca sakinləri...

Bilge Kagan 2021-05-21 20:49:17

Allah rəhmət eləsin,məkanı cənnət olsun.

Xalq 2021-05-21 18:47:30

Allah rəhmət eləsin!

Son yazılar