Menu

ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

22.05.2021, 12:32
ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, bunu Rəşad Nəbiyev Tvitter hesabında yazıb.

"ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə danışdıq", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol