“AZƏRSU”DA HƏBSLƏR BAŞLAYIB? - ASC-nin "Qara kassası"nın saxlanıldığı bildirilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxs saxlanılıb. 

"Musavat.com"un yazdığına görə Elman Məmmədov 2012-ci ilin sonlarından “Azərsu” ASC nəzdində yaradılan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəhbərliyinə təyinat alıb. Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi olub. 

Gələn məlumatlar isə onu deməyə əsas verir ki, Elman Məmmədov ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan olub. Bu səbəbdən Elman Məmmədovun fəaliyyətinin araşdırılması təsadüfi deyil. 

“Azərsu” ASC-nin son illər ziyanla işlədiyi hər kəsə məlumdur. Hər ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10-20 milyon manat vəsait ayrılır. Amma demək olar ki, bu qurum hər ili zərərlə başa vurur. Prezident İlham Əliyev də 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bunu xüsusilə vurğulamışdı. İlham Əliyevin çıxışından az sonra Qorxmaz Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Elman Məmmədovun istintaqa cəlb edilməsi ASC-də baş verən çox ciddi yeyintilərin izinə düşməyə imkan verəcək. Onu faktiki qurumun “qara kassası” hesab edənlər də var. Məsələn, bildirilir ki, “Azərsu”-nun keçirdiyi böyük və gəlirli tenderlərin əhəmiyyətli hissəsi son illərdə məhz bu şəxsə yaxın şirkətlərə verilib.

“AzPolitika.info”nun bu yaxınlarda yazdığına görə, dövlətin büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və digər bu kimi şirkətlər məhz Elman Məmmədovun “patronajlığı” və təsiri altında fəaliyyət göstərib.

Sitat: “Eren inşaat” Elman Məmmədovun kirvəsinə, “Voltaj” onun qardaşının kirvəsinə, “Protean Constraction” isə sabiq deputat İqbal Ağazadənin Elman Məmmədova yaxınlığı ilə tanınan qardaşına aiddir. Bildirilir ki, sadaladığımız şirkətlər və bu layihələri “qazanan” digər şirkətlər də bu və ya digər formada Elman Məmmədovun yaxın çevrəsinə aiddirlər. Dövlət satınalmalarına dair portaldakı açıq məlumata görə, təkcə bu ilin yanvarında “Azərsu” “Protean Constraction”la 3 milyon 891 min manatlıq müqavilə bağlayıb. “Azərsu”-nun 19 milyon manata başa gələn Babək prospektində kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması və tikintisi işindən də həm “Eren inşaat”, həm də “Protean Constraction” pay alıblar. Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasıyla bağlı 2 milyon 270 min manatlıq tender də “Eren İnşaat”a qismət olub. Bu siyahını xeyli uzatmaq da olar. Uzatdıqca da milyonlar on milyonlara, on milyonlar yüz milyonlara çevrilir... və nəticədə, “Azərsu” ziyanla işləməyə başlayır, dövlət isə suyun qiymətini ikiqat bahalaşdırmaq məcburiyyətilə üzləşir. Həmin bu Elman Məmmədov müxtəlif ərazilərdə inşa etdirdiyi obyektləri “Azərsu”ya icarəyə verərək, bundan da külli miqdarda qazanc götürməsi ilə tanınır”.

"Musavat.com"a verilən məlumata görə, Elman Məmmədovdan başqa, saxlanılan daha bir vəzifəli şəxsin adı "Azərsu" ASC-nin Kommersiya departamentinin rəisi Xanvər Abbasovdur. O da Qorxmaz Hüseynova yaxın adamlardan biridir. 

(Musavat.com)

635x100

Şərhlər

Vəli 2021-06-23 14:52:13

Şəkidə Su İdarəsində biyabırçılıqdır, belə ki, korrupsiya hökm sürür, baxan yoxdur ???

Vətəndaş 2021-06-10 14:58:22

Şəflafığın yaranması üçün yerlərdə Su İdarələrinin müdirləri də dəyişilməlidir...?

MayisKazımov 2021-05-30 10:04:09

Saxtakarlıq nümunəsi olan Xətai sukanal idarəsinə nə vaxt növbə çatacaq 3 günə mənə 80 ton su borcu yazıblar.Sayğacıma kod qoymaq üçün qeyri-qanunu olaraq məndən 125 manat nəqd pul istəyən Əflatuna cəza verilməlidir.

işçi yoldaşı 2021-05-25 15:13:00

Şəki Su İdarəsində də köklü surətdə yoxlama işləri aparılmalıdır... Şəki Su İdarəsinin abunə şöbəsində maliyyə işindən başı çıxmayan Teymur adlı şəxsi təyin ediblər .. Onu o vəzifəyə təyin etməklə sosial narazılıqların artmasına start veriblər ?

MayisKazımov 2021-05-25 10:30:39

Mozambikdən danışırsınız.

Xeqani 2021-05-24 13:53:48

Yazıq gədə sənə deyən var idi ki,başını get cəncələ sox ? Bəs bilmirsənmi ki,oğurluqla qəhbəlik qırx gūndən artıq çəkmir?Indi irilər qaldı qıraqda sənin kimi lakeylər gedir gilyotinin altına...

elchin 2021-05-24 13:52:21

Men Xanver muellimi temiz ve vicdanli adam kimi taniyiram

Xeqani 2021-05-24 13:45:43

Sağ əl sol əl yoxdur sağ tay sol tay var. Onlardan da biri bu görməmiş Imiş ki, bunu da tamahının ucbatından gilyatinə göndərdilər.

Eloglu 2021-05-24 12:55:58

bir rüşvətxor məmurun xalqa vurduğu ziyan az canavarın qoyun sürüsünə vurduğu ziyandan qat-qat çoxdur

esger 2021-05-24 11:58:13

Roma haqlıdır.Bu Azersu yuvasının bütün vəzifəli şəxslər ( yəni baş ofis, idarə rəisləri) ya işdən azad edilməlidir ya siravi vəzifələrə göndərilməlidir.

Veten dashi 2021-05-24 10:34:33

Bakı kəndlərinin su və kanalizasiya sistemlərinin çəkilməsi ilə əlaqəli lahiyələrin pulu artıq yeyilib deyəsən.Azərsu Asc dən şikayət ərizəsi yazan kimi özəl şirkətləri göndərirlər,onlar da ərazi ücün lahiyə yoxdur deyə əhalidən 300-400 arası pul yığıb qeyri qanuni yollarla "gizlin " 25-30 evə sayğacsız qaz cəkirlər.Sabunçu rayonunda belə faktlar coxdur...

Veten dashi 2021-05-24 10:29:53

Bakı kəndlərinin su və kanalizasiya sistemlərinin çəkilməsi ilə əlaqəli lahiyələrin pulu artıq yeyilib deyəsən.Azərsu Asc dən şikayət ərizəsi yazan kimi özəl şirkətləri göndərirlər,onlar da ərazi ücün lahiyə yoxdur dey

Roma 2021-05-24 09:32:44

"Azərsu" ASC-nin korrupsiyalaşmasının bünövrəsini Oqtay Əsədov qoyub və bu indidə davam edir. Orada sağlam mühütin yaradılması bu şəraitdə, bu kadrlarla mümkün deyildir...

Oxucu. 2021-05-24 09:27:43

Qorxmazın sağ əli onun msavini Etibardıf,görəsən nə əcəb ona toxunmayıblar?

Son yazılar