"Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi)".
Dövlət Miqrasiya Xidmətinin açıqlamasında belə deyilir.
Açıqlamada bildirilir ki, sistemdə məlumatlara artıq düzəlişlər edilib. "Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq".
***
Dövlət Miqrasiya Xidməti dövlət atributlarının satın alınması, soyutma və istilik sistemlərinə xidmət göstərilməsi (1), eləcə də abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “AS Service” və “Tufan Company” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,2 milyon manat və 4,23 milyon manat, ümumilikdə 5,43 milyon manat ödəniləcək.
Xatırladaq ki, "AS Service" 2019-cu ilin fevral ayında, "Tufan Company" isə bu ilin aprel ayında yaradılıb.


Şərhlər