Menu

BAKIDA AĞIR QƏZA - Ölənlər və yaralılar var + FOTOLAR

24.05.2021, 17:14
BAKIDA AĞIR QƏZA - Ölənlər və yaralılar var + FOTOLAR

Hava limanı-Bilgəh yolunda ağır yol nəqliyyat qəzası baş verib. Qəza  zamanı üç nəfər həlak olub.

Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə baş verən avtoqəza ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə 5 Təcili Tibbi Yardım Briqadası göndərilib. Nəticədə bir qadın iki kişi olmaqla 3 nəfərin hadisə yerində həlak olduğu müəyyən edilib. 

Hadisə zamanı “Shacman” markalı yük maşını ilə qanunsuz sərnişindaşıma ilə məşğul olan “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Mercedes Vito”da olan daha altı nəfər xəsarət alıb.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.

Şərhlər

Qafar 2021-05-24 18:43:49

Sərnişindaşımanı dövlət nəzarətinə almağ lazımdı yani “xaltura” nı yığışdırmağ lazımdı .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol