Svan qardaş, baltalara sap olma!

İlhami Cəfərsoy

Rusiyanın arzusuna bənzəyən Gürcüstanın arzusu partiyasının fitvası ilə qonşu ölkədə Azərbaycan əhalisinə qarşı yeni təxribat gedir. Köhnə təxribat Keşikçi dağda başlamışdı. Şükürlər olsun ki, David Qaraca mağara-monastırlarının qarşısında qan-qadasız sakitləşdi.

Gürcüstanın Rusiya meyilli siyasətçiləri indi azərbaycanlılarla svanları qarşı-qarşıya qoymaq yolunu tutublar. Onlara uyan, baltalarına sap olan svanlar kimlərdir?

Svanlar qədim Ön Asiyanın iki qəbilədən ibarət prototürk etnosudur. Misir papirus mətnlərində, Ellada dövrü tarixçilərinin əsərlərində onlar Sevan və Suvan adlandırılır. Kam və Kuş mənşəli o etnoslar orta bürünc dövründə - eradan öncə III minillikdə Nil vadisini tutmuş, yeni çarlıq dövrü fironların zamanında – e.ö. II minilliyin ortalarında şimala qovulmuşlar (История греческой произшествий 1824.s.203; Хаханов А.С. Очерки по истории грузинской словесности. вып. 2, 1897.s.2-4) və s.

Sevanlar və suvanlar Nil vadisində suvan adlı şəhər salmışdılar. Həmin şəhər X əsrə qədər qalırdı. İbn-Xordadbeh yazır ki, yuxarı Misirdə Suvan adlı vilayət və şəhər var. Vilayətin və şəhərin əhalisi qiptiləşsə də, öz adını qoruyub saxlayırdı. Sonralar həmin yerdə Nil çayı üzərində as-Suan bəndi tikildi.

Suvanların öz tarixi vətəninə Urmiya gölü vadisinə dönən qanadı Manna ərazisində Zuvan şəhərini saldı. Assuriya mixiyazılı mətnlərində onların ölkəsi Zuvanaul adlanır. Zuvanlar II Saraqonun zamanında Urmiya gölünün şərqinə köçdülər.

Onlar assurlarla vuruşa-vuruşa iki yerə bölündülər. Xəzər dənizi ilə Muğan düzü arasında və Van gölünün şimal-şərqində yurd saldılar. Muğandakı suvanları irandilli qonşuları Zuvand adlandırırlar. Masallı və Lerikdəki Zuvanlı kəndlərinin (Azərbaycan toponimləri. Bakı, 2007.s.302) əhalisi onların son qalıqlarıdır.

Akad. Marr Muğanda yaşayan zuvanları köçəri talışlar adlandırır. Yazır ki, oturaq talışlar Zənd, köçəri talışlar Turan mənşəlidir. Onların dilləri də, antropoloji quruluşu da, adət-ənələri də bir-birinə bənzəmir. Köçəri talışlar qoyun əti yemirlər. Meşə və sahil talışları düyü xörəklərini xoşlayırlar (Марр Н.Я. Талыши. 1922.s.3-23).

Van gölü vadisinə, oradan İveriyanın şimal-qərbinə köçən suvanları erməni tarixçiləri Supan, gürcü tarixçiləri Svan adlandırırlar. K.S.Kekelidze yazır ki, Bizans tarixçilərinin əsərlərindəki Suvania elə Svanetidir (Кекелидзе 1961.s.24, 27), yəni suvanların ölkəsidir.

Mari Brosse 1828-ci ildə Parisin Asiya Cəmiyyətinə məruzəsində qafqazşünasların nəzərinə çatdırmışdır ki, Svaneti böyük və kiçik olmaqla ikidir. Ptolomeyin xəritəsində Kuban çayının Suvan adlanması (Шопен 1866.s.212) göstərir ki, suvanların bir oymağı da Qıpçaq çölündə yaşayıb.

Suvanlar və svanlar xristianlığı qəbul edəndən sonra tədricən bizdən uzaqlaşdılar, gürcülərlə yaxınlaşdılar. Baxmayaraq ki, onlar gürcülərin, gürcülər onların dilini başa düşmürlər. Qazaxıstanda yaşayan suvanlar isə türk və müsəlman olaraq qaldılar.

Çokan Valixanov yazır ki, onlar özlərini Svan yox, Suvan adlandırır, həm qazaxların, həm qırğızların arasında yaşayırlar (Чокан Валиханов т. 1, Алма-Ата, 1984.s.274).

Sevanlar isə Göyçə gölü vadisində və Borçalı mahalında yurd saldılar. Ermənilər gölə Sevan deyirlər. Ensiklopedik nəşrlərə inansaq, Göyçə türk, Sevan erməni sözüdür. İstinad etdiyimiz mənbələr birmənalı şəkildə təsdiq edir ki, hər ikisi türk etnonimidir. Erməni dilindəki yəhudi mənşəli sev, yəni qara sözü ilə bağlı deyildir.

Sevan nəslinin Borçalı və Dərə Çiçək mahalında yaşayan qanadı özünü Sevənli adlandırır, İslam dininə iman gətirirdi. O kəndlərin əhalisi qədim sevanların son qalıqlarıdır.

Musa Xorenli hələ VII əsrdə yazırdı ki, Sevan xalqının ölkəsi ermənilərə tabe deyildir. XIX əsrin əvvəllərində İstanbul arxiyepiskopu olan Malaxiya Ormanyan yazır: - Göyçay gölünün ortasındakı adada Sevan monastırı var idi. O monastır zəlzələ zamanı ada ilə birlikdə suların altında qaldı (Орманян 1913.s.50, 127).

Monastır suların altında qalmasaydı, biz onun salnamlərini oxuyub svanlara deyə bilərdikmi daş atıb başını yardığınız azərbaycanlılar sizin qan qardaşlarınızdır, deyə bilmədik. Çünki bizdə qafqazşünaslıq elmi o səviyyədə deyildir.

Abxazlar XI əsrə qədər Xəzər dilində danışırdılar. Bizim bundan xəbərimiz yoxdur. Acarlar özlərini Azər övladı sayırdılar. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yarananda onların parlamenti öz ölkələrini ikinci Azərbaycan adlandırdı. Biz bu tarixi hadisədən zərrə qədər xəbərdar deyilik.

AMEA Humanitar və İctimai Elmlər bölməsinin fəaliyyəti yeni reallığa uyğun istiqamətlənməlidir. Biz yaxın qonşularımızın törədə biləcəyi ixtisasları vaxtından əvvəl proqnozlaşdırmalıyıq. 

635x100

Şərhlər

Sənan 2021-05-28 14:21:59

Necə də itirə-itirə gedirik. Belə və oxşar sahələrdə fəaliyyətimizi niyə gūcləndirmirik. Elmlər Akademiyasında çalışan alimlərimiz nə dūşūnūrlər?!,,,

Son yazılar