Menu

"Əhalinin bir hissəsi ötən il işıq pulu vermək istəməyib" - Hesablama Palatası

25.05.2021, 09:52
"Əhalinin bir hissəsi ötən il işıq pulu vermək istəməyib" - Hesablama Palatası

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə bağlı Tədbirlər Planına əsasən, ötən ilin aprel-may aylarında əhali üçün güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması nəticəsində "Azərişıq" ASC-nin gəlirlərinin azaldılmasını tənzimləmək üçün vəsait ayrılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

"Bu zərərin orta aylıq məbləğinin 1,9-2,0 milyon manat, Tədbirlər Planında göstərilmiş aprel-may aylarında 3,8-4 milyon manat təşkil etdiyi halda, "Azərişıq" tərəfindən qeyri-əhali kateqoriyası üzrə istehlakın azaldılması hesabına gəlirlərin azalması (3,7 milyon manat), əhali kateqoriyasının bəzi hissəsinin ödənişdən imtina etməsi hesabına debitor borcların (2,9 milyon manat) artması (məlumdur ki, bu halda işığa görə debitor borcu ləğv edilmir və sonrakı dövrlərdə ödənilməsi tələb olunur) hesablamalara daxil edilib", - deyə Rəydə qeyd olunub.

Şərhlər

Niyaməddin 2021-05-25 20:42:29

Azərbaycanda işıq, qaz pulsuz olmalıdır. Neft, dizel və benzin isə çox ucuz qiymətə və irandakı kimi 20-30 litr xalqa pulsuz verilməlidir.

esger 2021-05-25 14:02:28

Necə olur ki villaların işiq pulu 3 otaqlı mənzilin işiq puldan çox olmur. İsrafçiliq leviy xətlər ən yaxşısı bu itkiləri yoxlasınlar. Orada milliard manat ziyanı tapacaqlar.

safar nicat oglu 2021-05-25 10:18:26

pul olmayib odemeyibler-ishsizlikdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol