Menu

OPERATİV QƏRARGAHDAN TOYLARLA BAĞLI AÇIQLAMA - Kimlərə icazə verilə bilər?

25.05.2021, 13:01
OPERATİV QƏRARGAHDAN TOYLARLA BAĞLI AÇIQLAMA  - Kimlərə icazə verilə bilər?

“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportlar yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

“Amma gələcəkdə COVID pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir. Bu barədə əlavə məlumat veriləcək”, - o vurğulayıb.

Şərhlər

Eko 2021-05-26 16:09:40

Millet artmasin ) vessalam shûttamam ,,,

Rustem 2021-05-25 22:29:23

Evlənmək üçün mütləq toy olmalıdır.?

Yengibar 2021-05-25 17:22:06

Toyların hazırki formatı xəcalət və düşüklükdən başqa bir şey deyildir.

Veteran 2021-05-25 14:55:44

Bəs bilirsinizmi əhalinin çox hissəsi müəyyən səbəblərdən vaksin vurdurmayıb. Büten iri ticarət obyektləri elə oliqarxlarındır.Belə olsa sizin alveriniz necə olacaq.Milyonlar itirəcəksiniz.

Rufet 2021-05-25 14:40:24

BU konistutusiya huquqlarmizin pozulmasi demekdir

Helime 2021-05-25 13:25:57

Ne ise.......

Helime 2021-05-25 13:25:04

Bu duzgun yanashma deyil. Eger 3 ay evvel Covid kechirtmishemse ve qanimda Anti SARS covid 19 antitelim yuksekdirse, niye peyvend olunmaliyam? Peyvend konullu olmalidir, her kes oz saglamligina ozu cavabdehdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol