Avropa İttifaqı (Aİ) və Belarus «Ryanair» təyyarəsinin Minskdə məcburən eniş etməsi ilə bağlı situasiyanın tam aydınlaşmasına qədər təmkin nümayiş etdirməlidirlər.
Belə çağırışla Çin Minskə və Brüsselə müraciət edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Liszyan bəyan edib.
«Biz, daxil olan informasiyaya diqqət yetirdik və hesab edirik ki, bu insidentə aid olan faktlar axıra qədər aydın deyil» - diplomat qeyd edib («TASS»).
Liszyan qeyd edib ki, Belarus və Brüssel münasibətlərdə «gərginlikdən qaçmalıdır».
Bundan əvvəl Avroittifaq Belarus aviaşirkətlərinə öz ölkələrinin aeroportlarına uçmağı və onların hava məkanında olmağı qadağan etməyi qərara alıb. Bundan başqa, Avroittifaq dövlətlərinin sammiti Beynəlxalq Mülki Aviasiya Təşkilatını insidenti araşdırmağa çağırıb və tezliklə Minskə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
AzPolitika.info


Şərhlər