Menu

Cavad Zərif Paşinyanla görüşüb

26.05.2021, 16:10
Cavad Zərif Paşinyanla görüşüb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistana rəsmi səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşüb.

Görüş zamanı tərəflər regional və ikitərəfli gündəliyin mövzularına toxunub, bölgədəki vəziyyət, sabitlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bundan əvvəl Məhəmməd Cavad Zərifin Ermənistan XİN rəhbəri Ara Ayvazyanla görüşü baş tutmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol