28 may - Respublika Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.
Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət ediləcək, təmizlik və abadlıq işləri həyata keçiriləcək.
Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçiriləcək, veteranlar, elm, mədəniyyət və incəsənət xadimləri, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil olunacaq.


Şərhlər
44-günlük Qələbədə könüllü döyüşən Hərbiçi Ailəsinə bu 28May günu pul müavinat verilsə yaxşı olardi.Çünki, bu Qələbə Silahlı Ordumuzun Şərəfi mərdliyi sayəsində əldə olundu.18ildi kirayədə ailəsin çətinlliklə saxlayan Hərbiçilər var
Keçirmelidi tedbirler.Qelebemiz bir daha qeyd olunmalidı.Herbiçi ailelerine ev almamda kömeki etmirler,yaxşi onlardı Mayın 28-29da Herbiçi ailelerine müaviinat pul verilse yaxşi olardı,Kirayede qalirıq yoldaşim 1-ci Qarabaq Veteranıdı çıx Çetin veziyyetde yaşayırıq.