Menu

Türkiyədən Azərbaycana mexaniki minatəmizləmə avadanlığı göndərildi

26.05.2021, 17:46
Türkiyədən Azərbaycana mexaniki minatəmizləmə avadanlığı göndərildi

Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Fabrik və Gəmiqayırma Zavodu (ASFAT) tərəfindən istehsal olunan 5 mexaniki minatəmizləmə avadanlığının (MEMATT) Azərbaycana göndərildiyini açıqlayıb.

Bu barədə nazirliyin “Twitter” hesabında bildirilir. “ASFAT tərəfindən istehsal olunan 5 MEMATT qardaş ölkə Azərbaycana təhvil verildi. MEMATT-lardən istifadə edəcək və təhsili başa vuran Azərbaycan hərbi qulluqçularına da istifadəçi sertifikatları təqdim edilib”.

Qeyd olunur ki, mətbuat nümayəndələrinin də qatıldığı təslimetmə mərasimində 5 MEMATT personal və tank əleyhinə minaları müvəffəqiyyətlə zərərsizləşdirib.

“MEMATT-lar can Azərbaycana xeyirli olsun”, - deyə bildirilir.

Şərhlər

Xalq 2021-05-26 21:03:40

Sağ ol! Canım TÜRKİYƏ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol