Kamçatkanın şimalındakı kəndlərin sakinləri ölmüş qohumlarını tövlədə saxlamağa məcbur olurlar - yaz və yay aylarında yaşayış məntəqələrinə nəqliyyatın keçə bilməməsi səbəbilə.
Penjinsk rayonunun kəndlərində morqlar və pataloqoanatomlar yoxdur, polis və qanunlar insanları (meyitləri) ekspertizasız dəfn etməyi qadağan edir. Cəsədi ekspertizaya vertolyotla aparırlar, geriyə isə ancaq öz hesabına. Buz üzərində qış keçidlərinin olmaması üzündən cəsədləri yalnız hava yolu ilə aparmaq mümkün olur və sonda buna görə doğma insanları dəfn etmək üçün kəndlilər 500 min rubl ödəməli olurlar. İnsanların isə bu qədər pulu yoxdur.
Bu problem Penjinsk rayonunda illərdir ki, yaşanır. Bugünlərdə yerli sakinin danışdıqları sosial şəbəkə istifadəçilərini şoka salıb. «Mənim dayım Vasili Aleksandroviç 2021-ci il mayın 6-da Penjinsk rayonunun Slautnoe kəndində vəfat edib. Qohumlar dəfn üçün ekpertizadan imtina edirlər. Ancaq polis və istintaq komitəsi dəfn üçün icazə vermir - ekspertizanı israr edir. Amma kənddə morq yoxdur, yalnız feldşer məntəqəsi var, pataloqoanatom da yoxdur. Bu gün də heç bir ekspertiza aparılmayıb - mütəxəssis olmaması səbəbilə. Ekspertizanı aparmaq üçün cəsədi Olyutorq rayonunun Tilçiki kəndinə aparmaq lazımdır. Bunu isə yalnız hava nəqliyyatı ilə etmək mümkün olur» - Slautnoye kəndinin sakini yazıb («Kamçatskiy reportyor»).
«Biz, "İnstaqram"la qubernator Vladimir Solodova müraciət etdik, amma hakimiyyət tərəfindən heç bir iş görülməyib. Bu, birinci hadisə deyil. Morqun olmaması səbəbilə, cəsəd artıq çürüməyə başlayıb…» - kənd sakini hiddətlənir.
AzPolitika.info


Şərhlər
Bəs Putin deyir mən "QÜDRƏTLİ"dövlətəm.Ay bədbəxt Putin,ay bədbəxt Rusiya .AZ qalıb.XARABA QALIBSIIZ.
yalanchi , gopchu , ..........putin , budurmu senin " qayqikeshliyin " kasib ruslara ??????