"Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevinclə gəldik. Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq".
Musavat.com xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Min ildən sonra da adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik" - deyə türkiyəli nazir bildirib.


Şərhlər