Menu

Bakıda yoxa çıxan qızla bağlı araşdırma aparılır - FOTO

27.05.2021, 13:50
Bakıda yoxa çıxan qızla bağlı araşdırma aparılır - FOTO

Bakıda 7 gün əvvəl yoxa çıxan yeniyetmədən hələ də xəbər yoxdur.

APA-nın xəbərinə görə, mayın 20-də Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb.

Leylanın anası Raisə Əliyeva bu gün APA-ya bildirib ki, qızından hələ də xəbər ala bilməyiblər: "Artıq, 7 gündür Leyladan xəbər ala bilmirik. O, sonuncu dəfə beş gün əvvəl zəng edərək "məni axtarmayın" deyib. Axtarış aparılması üçün polis şöbəsinə müraciət olunub".

R.Əliyeva qeyd edib ki, Leylanın hansısa qruplaşma tərəfindən qaçırıldığını düşünürlər.

Məlumatlara görə, yoxa çıxan qız sonuncu dəfə Nərimanov rayonu ərazisində görünüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Raisə Əliyevanın müraciətilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar aparılır.

L.Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Şərhlər

RT 2021-05-27 17:07:19

qoshulub sakkallilara qedib Suriyaya Yada hazirlashir qetmeye ,,,

Leyla 2021-05-27 16:31:17

Qoshulub, qachibda, burda anlamayacaq ne var ki... Bala batacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol