Menu

“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

27.05.2021, 18:55
“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol