RAMİZ MEHDİYEVİN “İSLAHATÇI OBRAZI” – AMEA Prezidenti kimləri və niyə hədəfə götürüb?

“Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar.” Bunu uzun illər Azərbaycanda istənilən yenilik, islahat təşəbbüslərinin qarşısında ən böyük əngəllərdən biri kimi tanınan, hər zaman mühafizəkarlığı ilə seçilən keçmiş PA rəhbəri və hazırkı AMEA Prezidenti Ramiz Mehdiyev deyib.

Lakin bilmək olmur, söhbət hansı islahatdan gedir? Mehdiyevdən soruşan lazımdır - elm qalıbmı ki, daha doğrusu, elm qoymusanmı ki, islahat da aparasan? Uzun illərdən bəri Azərbaycan elmini məddahlıq, yaltaqlıq, saxtakarlıq poliqonuna çevirmiş bir adam hansı islahatdan danışa bilər axı?

Hamıya məlumdur ki, AMEA Prezident Administrasiyasının rəhbəri olduğu on illər ərzində şəxsən Ramiz Mehdiyevin “patronajlığı” altında olub. Bəs, bu qurumda həmin illərdə islahat aparmaq olmurdumu, nə idi Mehdiyevə mane olan? Nə baş verdi, niyə məhz AMEA Prezidenti olandan sonra islahat yadına düşdü akademikin?

Ümumiyyətlə, Ramiz Mehdiyev hara, islahat hara? Görəsən, Azərbaycan cəmiyyətində Mehdiyevin “islahatçı obrazına” inanan, bunu təsəvvür edən bircə nəfər də olsa tapmaq olarmı?

Və bir də maraqlıdır ki, Ramiz Mehdiyevin “ifasında” islahat hansı anlamı daşıyır, bu ad altında nə nəzərdə tutulur?

Görünür, Azərbaycanda korrupsiyanın, harınlamışlığın simvoluna çevrilənlərdən biri olan Ziya Məmmədovun qardaşı Elton Məmmədovu AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın direktoru, AMEA-nın İşlər İdarəsinin müdiri təyin etmək, sonra da işdən qovmaqdır islahat. 

Yaxud, başqa bir korrupsioneri – məhkəmədə ayda 300 min manat (dollar 78 qəpik olan vaxtlarda-red.) “xərclik” aldığını etiraf edən sabiq nazir Əli Abbasovu özünə müşavir təyin etmək, kürəkəni İlham Əliyevin sabiq MTN polkovniki olan, Beynəlxalq Universitetə “çökən” qardaşı Fikrət Əliyevə yüksək vəzifə vermək, bir sözlə, köhnə korrupsionerləri, məddahları, özü kimi məlum səbəblərdən “vurulanları”, gözü və əli şimal paytaxtının ətəyində olanları, uzun zaman vəzifədə olub, indisə hakimiyyətdən narazı qalanları başına toplamaqdır islahat? 

Əlacı olsa, həbsə atılmış icra başçılarını da çıxarıb, yanına gətirər – bəli, Mehdiyevsayağı islahat yalnız belə ola bilər...

Söhbətin məhz hansı institut direktorlarından, kimlərdən getdiyini bilmirik və şübhəsiz ki, Azərbaycan elmi nə gündədirsə, institut direktorlarının da çoxu elə o gündədir. Ancaq buna baxmayaraq, böyük ehtimalla bu adamlar hansısa mücərrəd islahatlara mane olduqlarına görə yox, sadəcə, Mehdiyevin xoşuna gəlmədikləri, maraqlarını təmin etmədikləri, yaxud onun özünə rəqib hesab etdiyi, acıqlı olduğu hansısa hakimiyyətdaxili qruplaşmaya yaxın olduqları üçün AMEA rəhbəri tərəfindən hədəfə götürülüblər. Ona görə də yaxın zamanda hansısa institut direktorunun Mehdiyev tərəfindən “islahatlara mane olduğu”, əslində isə Mehdiyevin hikkəsinin, intriqalarının qurbanına çevrildiyi üçün vəzifəsindən azad olunduğuna şahidlik edə bilərik...

Əslində, doğrudan da, Azərbaycan elmində böyük islahatlara ehtiyac var. Ancaq bunu edəcək adamın Ramiz Mehdiyev olduğunu kimsə ağlının ucundan belə keçirməz. Bəs, belə olan təqdirdə, nədir, nəyə hesablanıb Mehdiyevin bu “islahat şousu”? Nə istəyir görəsən?

Akademikin bu “canfəşanlığından” sonra az qalır təklif edəsən ki, “islahatçı” Ramiz Mehdiyevi AMEA prezidentliyindən çıxarıb, ASAN Xidmətə rəhbər təyin edin...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Həsən 2021-05-28 23:57:21

Mən başa düşmürəm ki, neçə illərdi AMEA köhnə rəhbərliklə heç bir nailiyyət əldə etməmişdi dilənən yox idi Ramiz müəllim dəyişikliklər edib inkişafa nail olmaq istəyir hərə bir tərəfdən düşüb onun üstünə. O vaxtlar niyə yazmırdım ay Azpolitika. Deməli sizi Azərbaycan elmi maraqlandırmır.Məqsədiniz hörmətli Ağsaqqalı nüfuzdan salmağa çalışmağınızdır. Amma bu olmayacaq çünki, R.Mehdiyev işini, nəyi necə etməyi çox yaxşı bilir və inşallah Azərbaycanda elmin inkişafına öz töhfəsini verəcəkdir. Buna siz və bütün elm adamları şahidlik edəcək.

Camaat 2021-05-28 23:22:35

Gündüzə:Sabunsuz və vazelinsiz komzdasının nümünəsi "akademikin" sən,sən də "akademikinə"qurban.

Nazim 2021-05-28 14:38:54

Axi ne mecburdu niye gedib istirahat etmirsiz.

Əli 2021-05-28 13:00:38

Azpolitika belə sifarişli yazılar yazmaqla öz nüfuzunu zədələyir. Hamınız bilirsiniz ki, Ramiz müəllim böyük idarəçilik təcrübəsinə malik bir şəxsdir. Kimi niyə çıxarır, hara təyin edir çox yaxşı bilir və yəqin ki, hər bir təyinatı lazımi yerlərlə razılaşdırıb edir. Siz onun idarəçiliyinə qiymət vermək iqtidarında deyilsiniz. Hələ Akademikin yanında südəmər uşaqsınız.

Gündüz 2021-05-28 12:41:27

Ay Cəlal yenə kimin sifarişini yerinə yetirirsən. Hörmətli Akademikimiz çox gpzəl islahatlar aparlr. İslahatları aparmaq üçün isə maneə yaradan şəxsləri yeni, daha bacarıqlı şəxslərlə əvəzləmək lazımdır. Bəli tez-tez dəyişiklik edirsə deməli buna zərurət var. Vəzifədən çıxarılan şəxslər təbii ki, narazı qalacaq və sənin kimi maddi maraq güdən şəxsləri taparaq həqiqətə uyğun olmayan yazılar yazdıracaq. Bu həmişə belə olub.

Roma 2021-05-28 10:02:57

Bu insan vəzifədən gedənə oxşamır...

esger 2021-05-28 09:55:12

Mehdiyev Azerbaycan elmin nümunəsi deyil.Yusif Məmədəliyev, Ziya bunyadov və yuzlərlə ad çekmək, sizin sözü ilə onlat "sovet təffəkürü" alimlər Azerbaycana dünyada ad qazanıblar. İnsana onun işinə görə qiymət verərlər hansı partiya, hansı mövqedə durmasına yox.

Niyaməddin 2021-05-28 07:23:09

Təşəkkür edirəm Cəlal bəy. Rəhmətlik Turgut Özalın məşhur bir kəlamı var idi: "Türkiyə xoşbəxtdir, çünki nefti yoxdur. Türkiyə bədbəxtdir, çünki Rusiya kimi qonşusu var."

oxucu 2021-05-28 00:43:45

Cəlal müəllim çox gözəl yazmısız. Deyir aşıgın sözü bitəndə neynim neynim oxuyar.Ay odu söndürüb külü ilə oynayan QOCA çıx get.Təngə gətirdin milləti.

Camaat 2021-05-27 23:38:12

Bu "akademik"deyilən adam soyqırımı islahat adlandırır.82 yaşlı qoca kiflənmiş sovet təfəkkürü ilə islahat apara bilməz.İndi başqa zamandır. Yaxşısı budur ÇIX get.

Son yazılar