Menu

"AVRO-2020-də öz evimizdə - Bakıdayıq” - Mövlud Çavuşoğlu

28.05.2021, 00:06
"AVRO-2020-də öz evimizdə - Bakıdayıq” - Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində futbol üzrə Türkiyə və Azərbaycan yığmaları arasında Alanyada bu gün keçirilmiş beynəlxalq yoldaşlıq oyunu ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb: "Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. AVRO-2020-də öz evimizdə - Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar, bizim uşaqlar! milli komandalar”

Mövlud Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqları nişanını da əlavə edib.

Qeyd edək ki, Alanyanın Oba stadionunda oynanılan matç Türkiyə seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər

Mirzə Qafarlı 2021-05-28 08:17:40

AVRO-2020-də öz evimizdə - Bakıda hamımız öz kömandamıza, qardaş Türkiyə yığmasına azərkeşlik edəcəyik və qələbə arzulayacağıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol