Öz seçki qərargahının təmsilçiləri qarşısında çıxış edən Robert Koçaryan onu tənqid edən opponentlərinin demək olar ki, hamısına bir-bir cavab verib. Onların sırasında Robert Koçaryan xüsusi yer tutub.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan öz çıxışında Koçaryanın və onun tərəfdarlarının Zəngəzurun Azərbaycana təhvil verilməsinə dair ittihamlarına sərt qarşılıq verib. O, qeyd edib ki, hələ 1999-cu ildə Robert Koçaryan Təhlükəsizlik Şurasının toplantısında Laçın dəhlizinin əvəzində Meğrinin Azərbaycana verilməsini müzakirəyə çıxarıb: “Onların (Koçaryanın tərəfdarlarını nəzərdə tutur-red.) “patronu” vaxtilə Meğrinin təhvil verilməsini müzakirə edirdi. Mənə inanmırsınızsa, bu yaxınlarda Karen Dəmirçyanın arvadının bununla bağlı memuarları dərc olunub. Vaqarşak Arutunyan (Müdafiə naziri-red.) 1999-cu ildə keçirilən həmin iclasın canlı şahididir. Heç kim bizi bu məsələdə günahlandıra bilməz...”

Xatırladaq ki, Koçaryanın əleyhdarları onu 1999-cu ildə Meğrini Laçın dəhlizilə əvəz etmək niyətində olduğuna görə tənqid edirlər. Koçaryan isə bunu etiraf etsə də, Azərbaycana bütünlükdə Meğrinin deyil, sadəcə, Naxçıvana dəhliz verilməsinin müzakirə olunduğunu deyib.

Cəlal

“AzPolitika.info”