Menu

Rusiya sərhədçiləri Yaponiya gəmisini saxlayıblar - Oxot dənizində

29.05.2021, 00:02
Rusiya sərhədçiləri Yaponiya gəmisini saxlayıblar - Oxot dənizində

Mayın 28-də Rusiya sərhədçiləri Oxot dənizində balıq ovlayan Yaponiya gəmisini saxlayıblar. Vakkaniy (Hakkaydo prefekturası) kooperativinə məxsus «Eihomaru No.172» gəmisi Korsakov limanına göndərilib.

Xəbəri Yaponiyanın ictimai televiziyası yayıb.

Telekanalın məlumatına görə, saxlama zamanı rusiyalı sərhədçilər iki xəbərdarlıq atəşi açıblar. Bundan sonra, Yaponiya gəmisi rabitəyə çıxmayıb. Hazırda Yaponiyanın profil idarələri yerli KİV-də getmiş informasiyaların toplanması və yoxlanması ilə məşğuldurlar.

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib ki, gəmi saxlanılıb və indi XİN diplomatik kanallarla onun tezliklə azad olunmasına çalışacaq.

Bundan əvvəl xəbər verildiyi kimi, mayın 26-da səhər Hakkaydo adası sahilində Rusiyanın «Amur» gəmisi mürəkkəb meteoşərait üzündən Yaponiyanın «Hoko-maru 8» balıqçı gəmisi ilə toqquşub.

Nəticədə Yaponiya gəmisində olan 5 balıqçıdan 3-ü həlak olub. Sağ qalanların ikisi sahilə çıxarılıb, onların həyatı üçün təhlükə yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol