Menu

Tanınmış şair koronavirusdan vəfat etdi

30.05.2021, 10:50
Tanınmış şair koronavirusdan vəfat etdi

Şair Əziz Musa ötən gecə koronavirusdan dünyasını dəyişib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Yenisabah.az"a mərhumun qohumları məlumat verib. Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Əziz Musa “İlham Çeşməsi” qəzetinin baş redaktoru idi. O, həm də pedaqoji fəaliyyətlə məşğul idi. Uzun illər məktəb direktoru işləmişdi.

Tamaşaçılar Əziz Musanı həm də sosial problemlərin müzakirə olunduğu televiziya proqramlarından tanıyırlar. O, tez-tez sərt, obyektiv fikirləri ilə gündəmə gəlirdi.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol