Menu

FETÖ-nun önəmli adamı yaxalanıb - Gülənin qardaşı oğlu tutuldu

31.05.2021, 13:00
FETÖ-nun önəmli adamı yaxalanıb - Gülənin qardaşı oğlu tutuldu

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” ittihamı irəli sürülüb.

O, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olub. Bundan başqa, Səlahəddin Gülən həm də Fətullah Gülənin şəxsi katibi Cövdət Türkyolun qaynıdır.

Şərhlər

Niyaməddin 2021-05-31 18:22:38

Təşəkkürlər Türkiyə! Əla! Təbriklər qardaş Türkiyə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol