Menu

Daşkəsən rayonuna 2 milyon manat ayırıldı

20.10.2014, 19:45
Daşkəsən rayonuna 2 milyon manat ayırıldı

Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol