ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo, Uhan Virusologiya İnstitutunun (WİV) mülki araşdırmalarla yanaşı, hərbi fəaliyyətlərdə iştirak etdiyini deyib.
“Fox News” xəbər verir ki, keçmiş dövlət katibi laboratoriyada Xalq Azadlıq Ordusu ilə bağlı araşdırmalar aparıldığını iddia edib: “Mən bir şeyi əminliklə deyə bilərəm ki, bu laboratoriyanın daxilində Xalq Azadlıq Ordusu ilə əlaqəli səylərdə iştirak ediblər və buna görə də, iddia etdikləri şeylərlə paralel olaraq aparılan hərbi əməliyyatlar, yalnız köhnə yaxşı mülki tədqiqat idi. Bizə bunun nə olduğunu söyləməkdən, bunlardan hər hansı birinin təbiətini təsvir etməkdən imtina ediblər. Ümumdünya Səhiyyə Təşkilatı ora daxil olmaq istəyəndə isə icazə verməyiblər”.
Bu arada, “Sky News Australia”-nın aparıcısı Andrey Bolt ötən həftəki proqramında deyib ki, “Flinders Tibb Mərkəzi”nin Endokrinoloji Direktoru, professor Nikolai Petrovski ilə söhbəti zamanı professor ona dünya ictimaiyyətinin Çin tərəfindən aldadıldığını deyib. Professor Petrovskinin sözlərinə görə, bəzi çinli alimlər Covid-19-un insanlara panqolinlərdən keçdiyini desə də, bunun belə olma ehtimalı azdır. Nəhayət, bir çox mütəxəssis indi həqiqətən bu virusun bəlkə də Çin laboratoriyasından sızdığını iddia edir.
Çində Covid-19-un mənşəyini araşdıran ÜST qrupu, virusun Uhan Laboratoriyasından sızdığına dair heç bir dəlil tapmayıb. Buna baxmayaraq, istintaq zamanı qrup Çin hökuməti tərəfindən yaxından müşahidə olunub. Üzvlərindən biri Böyük Britaniyanın xəbər agentliyinə bildirib ki, epidemiyanın başlanğıcında Çin əsas məlumatları verməkdən imtina edib.
Ötən həftə Bayden administrasiyası Uhan Laboratoriyasından mümkün sızmanı yaxından araşdırmaq üçün ABŞ kəşfiyyatının fəaliyyətə başladığıı bəyan edib. Lakin Çin rəsmi mediası, Covid-19-un bu laboratoriyada meydana gəldiyi fikrini rədd edib və bildirib ki, bu, “ABŞ kəşfiyyat agentlikləri tərəfindən yaradılan bir sui-qəsd”dir.
“AzPolitika.info”


Şərhlər