Menu

Makron Paşinyana söz verib - "Sülhü bərpa etməyə çalışacağıq"

01.06.2021, 16:33
Makron Paşinyana söz verib - "Sülhü bərpa etməyə çalışacağıq"

Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.

“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.

Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.

Şərhlər

oleq 2021-06-01 18:33:42

it hürər karvan dayanmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol