Menu

Xalidə Bayramovanın yerinə təyinat olub - FOTOLAR

01.06.2021, 17:49
Xalidə Bayramovanın yerinə təyinat olub - FOTOLAR

Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub. "Report" xəbər verir ki, bununla bağlı Səbail RİH başçısı əmr imzalayıb.

Əmrə əsasən RİH başçısının müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu RİH başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Digər əmrinə əsasən RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova olub. O, ötən ay vəzifəsindən azad edilib.

Şərhlər

Xeqani 2021-06-02 09:57:20

Qospodin Şıxmamedov elə bil ki,tələsikdə ordeni gözūmūzə soxursan...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol