Menu

Azərbaycan və Ermənistan Moskvada yenidən danışıqlara başladılar

03.06.2021, 00:21
Azərbaycan və Ermənistan Moskvada yenidən danışıqlara başladılar

Çərşənbə günü Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib, tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə ediblər.

Virtualaz.org bildirir ki, bu məlumatı TASS-a bir neçə mənbədən təsdiq ediblər.

"İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib, bu məsləhətləşmələrdə Ermənistan və Azərbaycanın ayrı-ayrı sərhəd rayonlarında vəziyyətin deeskalasiyası yolları müzakirə edilib. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib", - deyə mənbə vurğulayıb.

Şərhlər

t.ədalət 2021-06-03 00:46:35

Moskvada aparılan danışıqlar Azərbaycanın ziyanınadır.Heç vaxt Putin erməni qardaşlarını qoyub Azərbaycanı müdafiə etməz.Gələcəyin açarı Paşinyanın əlindədir.Putini ,ancaq O yerində durduracaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol