Menu

Muxtar Babayev çağırış etdi - VİDEO

03.06.2021, 16:12
Muxtar Babayev çağırış etdi - VİDEO

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AQTA sədri Qoşqar Təhməzlinin müraciəti ilə başlayan kampaniyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qoşularaq qida təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Nazir sağlam və təhlükəsiz qidanın süfrəyə yalnız təbiətdən gələ biləcəyini vurğulayıb.

O, təbiəti və sağlam qidanı qorumaq üçün hər kəsi əl-ələ verməyə çağırıb.

M.Babayev çıxışının sonunda kənd təsərrüfatı naziri İnam Kərimovu qida təhlükəsizliyi ilə bağlı kampaniyada iştiraka dəvət edib.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

Şərhlər

Meşəçi 2021-06-03 22:14:24

Nazirin işidə danışdığı kimi olsa əla olar, ancaq Şəkiyə Ekologiya idarəsinə təyin etdiyi kadr hər şeydən xəbər verir......? Bəyəm kadr tapa bilmədi ki, Elşadın sözünə baxıb onu idarə rəisi təyin etdi... Elşad onu təbiətə müdir təyin etdirib, bütün Şəkinin meşələrini zəbt edib, Sulançaq meşəsində Kafe yaradıb meşə heyanlarından və quşların ətindən kabab bişirdirib özü üçün sərvət toplayır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol