Menu

Gün ərzində peyvənd olunanların sayı açıqlandı

03.06.2021, 16:35
Gün ərzində  peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 50 988 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 920 089 nəfər təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol