Menu

Azərbaycanlı gənci öldürən polis azadlığa buraxılıb

04.06.2021, 22:52
Azərbaycanlı gənci öldürən polis azadlığa buraxılıb

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub.

APA “Interfax”a istinadla xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.

“Bu gün Rusiya İstintaq Komitəsinin sədri adından müstəntiq polis müfəttişinə qarşı həbs-qətimkan tədbirini dəyişdirdi və olduğu yeri tərk etməməsinə dair qərar verdi”, - deyə Petrenko jurnalistlərə bildirib.

Bundan əvvəl o qeyd edib ki, Bastrıkin Abdullaevi tapança ilə ölümcül yaralayan yol müfəttişinə qarşı iş açan İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları barədə araşdırma başladılmasına təşəbbüs edib.

Bundan başqa, Petrenko bildirib ki, məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.

“Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb” - deyə Komitə nümayəndəsi bildirib.

Şərhlər

RT 2021-06-05 11:56:12

Hani bes Polad? XIN hara baxir niye susuruq ? Ayib olsun !!!

Narod 2021-06-05 00:14:31

"molodets"

Azer 2021-06-05 00:06:11

oz itlerinin ayaga verer bu rus digalari, ograshi tapib kenarda gulleleyesen

Seyid 2021-06-04 23:49:46

Həmin polisin qanı halaldı. Rus şovonizmi özünü büruzə verir. Ona görə də hüquq müfafizə orqanları işi ört basdır etsələr, o polisin axırına çıxan tapılar yəqin

Бастрыкин - у 2021-06-04 23:22:00

Бастрыкин , ты не прав . Полицейский убил человека и за это преступление , он должен ОСУЖДЕН и долгие годы , находиться в тюрьме .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol