Menu

Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

04.06.2021, 23:33
Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil.

“RİA Novosi” xəbər verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib.

“Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb”, - deyə idarənin məlumatında qeyd olunub.

Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb. 

Şərhlər

N 2021-06-05 11:36:33

Sahibsiz millət.

Narod 2021-06-05 00:20:43

urodina!

t.ədalət 2021-06-05 00:11:46

Putinin qardaşlığı Bıstrikin də Azərbaycana kinini gizlədə bilməyib cani polisi azadlığa buraxdı..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol