Menu

Putin ABŞ-ı SSRİ ilə müqayisə edib - “Onlar özlərinə problem yaradırlar”

06.06.2021, 00:15
Putin ABŞ-ı SSRİ ilə müqayisə edib - “Onlar özlərinə problem yaradırlar”

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tipik impeiya problemləri ilə qarşılaşıb. Onun sözlərinə görə, öz möhtəşmliyinə arxayınlıq ABŞ-ın özünə problemlər yaradır ki, artıq onların özdəsindən SSRİ-də olduğu kimi, gəlmək mümkün olmur.

Bu barədə Putin dünyanın informasiya agentliklərinin rəhbərləri ilə Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində keçirilən görüşdə bəyan edib.

“Biz təhdidlər eşidirik. Konqresdən, daha haralardansa... Bütün bunlar ABŞ-dakı daxili siyasi proseslərin gedişində edilir. Bunu edən insanlar görünür, ondan çıxış edirlər ki, ABŞ-ın iqtisadi gücü, hərbi gücü, syasi gücü üçün bunlar qorxulu deyil. Fikirləşilər ki, bunun öhdəsindən gəlmək olar” – deyə, Rusiya dövlətinin başçısı qeyd edib.

“Bilirinizmi problem nədədir? Mən, Sovet İttifaqnın keçmiş vətəndaşı kimi danışaram. İmperiyann problemi nədədir? Onlara elə gəlir, o qədər möhtəşəmdirlər ki, özlərinə kiçik xətaları və səhvləri rəva görə bilərlər. Birilərini satın alarıq, qorxudaıq danışa bilərik, digərlərini hərbi gəmilrlə qorxudarıq. Və bu da poblemləri həll edər. Ancaq problemlərin sayı çoxalır. Elə an gəlir ki, artıq onların öhdəsindən gəlmək mümkün olmur. Və Birləşmiş Ştatlar inamlı addımlarla birbaşa Sovet İttifaqının yolu ilə gedir”– deyə, Putin bildirib.

“AzPolitika.info”

Şərhlər

Eli 2021-06-06 00:37:05

Dehşete bax .Bu adam uzun illerdir tehlükesizlik orqamlarındz işleyib böyük iş be heyat tecrübedi var be uzun müddetdir ki Rusiya kimi bir ölkenin prezidentidir hele de naşa düşmeyib ki,ABŞ ve Qerb ölkelerine Rusiyanın torpaqlatı lazımdır ki,yer küresinin servetlerinin üçde biri bı torpaqların altındadır ki Putin müellim ondan istifade ede bilmir.Dava un davasıdır.Rus bedbextlerin de böyükleri reyaset davadı edir ve araqdan ayılmırlar

Xalq 2021-06-06 00:35:17

bəlkə tərsinədir? rusiya SSRİ-nin yolu ilə gedir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol