Menu

ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı

06.06.2021, 23:37
ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı

ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçiai və mətbuat katibi Simona Sanders bildirib.

O, qeyd edib ki, təyyarə Endryus (Merilend ştatı) hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək. “Bu texniki problemdir: “Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol