"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi küçələrində uzun tıxaclar müşahidə olunur.
Oxu.Az-ın məlumatına görə, paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də Heydər Əliyev sarayından “28 May” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq yaşanır.
Tıxacın uzunluğu 2 kilometrə çatır. Nəqliyyatın hərəkətini tənzimləmək üçün əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.


Şərhlər